AZERBAIJAN

blog-img

Azərbaycan unikal təbii resurslara malikdir: burada yer kürəsindəki 11 iqlim qurşağından 9-na – subtropikdən yüksək alp çəmənliklərinə qədər rast gəlinir. Turizm baxımından böyük potensialı vardır. O, həm qədim tarixi, həm zəngin mədəni irsi, gözəl təbiəti və rəngarəng landşaftı, başı qarlı dağların zirvəsini və yaşıl düzənlikləri, flora və faunanın unikal dünyasını, ilıq dəniz və Xəzərin sonsuz qumlu çimərliklərini özündə biirləşdirir.

blog-img

Azərbaycan kurort istirahəti və müalicə üçün zəngin resurslara malikdir. Onun ərazisində 200-dən artıq mineral bulaq var, onlar öz keyfiyyətinə və tərkibinə görə beynəlxalq kurortların sularından heç nə ilə geri qalmır. Lakin bundan əlavə, burada naftalan – müalicəvi neft də var, o, möcüzəli təsirə malikdir, onun həqiqətən də hüdudsuz imkanlarını tibb işçiləri tədqiq etməkdə davam edirlər, naftalanın yeni-yeni xüsusiyyətlərini kəşf edirlər. Naftalan kurortu – dünyada yeganədir. Azərbaycana səyahət ov və balıq ovu həvəskarlarına, alpinistlərə, ekoloji turizmin həvəskarlarına unudulmaz təəssüratlar bəxş edəcəkdir, çünki məhz burada bir çox yerlər vardır ki, hələ insanın yaranmadığı, tarixin ən qədim dövrlərindən bu günədək toxunulmaz qalmışdır. Azərbaycan öz üzərinə regionun işgüzar, elmi və mədəni həyatının mərkəzi funksiyasını get-gedə daha çox götürür. Buna görə də son illərdə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən turizmin inkişafına böyük diqqət yetirilmişdir. Azərbaycanın şəhərlərində, kurort zonalarında, dağlarda və Xəzərin sahillərində beynəlxalq dərəcəli onlarla otel tikilmiş, ümumdünya şəbəkələri öz mehmanxanalarını açmış, akvaparklar və geniş istirahət zonaları açılmışdır. Ölkənin ərazisində ən müasir standartlar üzrə təchiz olunmuş altı beynəlxalq aeroport təyyarələri qəbul edir və göndərir, yeni avtobus marşrutları açılmışdır, Bakının şəhər kənarında böyük dəniz limanı tikilir. Hər il yeni konsert zalları, idman mərkəzləri, mağazalar, restoran və kafelər açılır, park və bağlar salınır, magistral və şose yollar çəkilir. Azərbaycanın zəngin tarixi və mədəni abidələrinin qorunması və bərpası üzrə böyük işlər görülür. Burada qonaqları rəngarəng təəssüratlar, əla istirahət və çox sayda yeni dostlar gözləyir, Azərbaycana gələn hər kəs burada mütləq çox sayda dostlar qazanacaqdır. Azərbaycana turlar – gözəl təbiəti görmək, bəşəriyyət tarixinə toxunmaq, qədim mədəniyyətlə və bu ölkənin müasir nailiyyətləri ilə tanış olmaq deməkdir.

blog-img

Bütün dünyada məşhur olan Naftalan kurortu soyuqdəymə əleyhinə, ağrıkəsici və damargenişləndirici təsirə malik olan müalicəvi nefti ilə tannmışdır. Tərkibində kükürdlü-azot birləşmələri, gözəl qoxulu karbohidrogen və naften turşuları olan bu neftin heyrətamiz xüsusiyyətləri haqqında hələ qədim dövrlərdən məlumdur. 1896-cı ildən başlayaraq, dəri xəstəliklərini, uroloji xəstəlikləri müalicə etmə üçün, travmalardansonrakı ağırlaşmaları və hərəkət-dayaq aparatının digər patalogiyalarının müalicəsi üçün naftalan vannalarından və xəstə yerlərə sürtmək üsulundan tibbdə istifadə etməyə başlayıblar. Azərbaycanın unikal təbiəti ilə görüş və fəal istirahət, bir qayda olaraq, bu torpaqlarda məskunlaşan xalqların tarixini qoruyub saxlayan görməli yerlərlə tanışlıq ilə müşayiət olunur.